Modern.az

Prezident İlham Əliyev İranda rəsmi səfərdədir-FOTOLAR

Prezident İlham Əliyev İranda rəsmi səfərdədir-FOTOLAR

5 Mart 2017, 12:11

Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 Azərbaycan Prezidenti İlham Əliyevi İran Prezidenti Həsən Ruhani qarşılayıb. Mərasimdə Azərbaycanın və İranın dövlət himnləri səslənib. İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.

Daha sonra prezidentlər birgə foto çəkdirdilər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal