Modern.az

Güclü külək fəsad törətdi Bakıda-FOTOLAR

Güclü külək fəsad törətdi Bakıda-FOTOLAR

5 Mart 2017, 14:40

Bakıda, Səməd Vurğun küçəsi 151 ünvanında, Türkiyənin Azərbaycandakı səfirliyinin yaxınlığında üstündə müşahidə kameraları olan elektrik dirəyi aşıb.

Modern.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, elektrik dirəyinin aşmasına səbəb paytaxtda əsən güclü külək olub.

Qəza yeni baş verdiyindən hələ ki, heç bir tədbir görülməyib. Belə ki, elektrik dirəyi hazırda küçənin ortasında qalıb.

Şəkillərdən də göründüyü kimi müşahidə kameraları zədələnib. 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal