Modern.az

Qənirə Paşayevanın Ankarada Qarabağ parkı açılması təklifi dəstəklənib.

Qənirə Paşayevanın Ankarada Qarabağ parkı açılması təklifi dəstəklənib.

5 Mart 2017, 15:53

“Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı” mövzusunda konfrans vermək üçün Ankaraya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetinlə görüşüb. Millət vəkili Q.Paşayevanın Ankara Pursaklarda Qarabağ Parkı təklifinə həssaslıqla yanaşan bələdiyyə başqanı qaldırdığınız təklif  gerçəkləşəcək deyib.

 

Modern.az xəbər verir ki, görüş zamanı  millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetinlə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədəterrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyib.

Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər vəbələdiyyələr olduğunu bildirərək, Ankara Pursakların da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib. Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetin Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdəəməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.

Millət vəkili Q.Paşayevanın Ankara Pursaklarda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Qənirə Paşayeva  Pursaklar bələdiyyə başqanına həmmüəllifi olduğu Türkiyə türkcəsində“Karabağ hikayeleri” kitabını hədiyyə edib. Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetinə Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyə başqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Ankara Pursaklar bələdiyyə başqanı Selçuk Çetin Azərbaycana mütləq səfər edəcəyini bildirib.  Millət vəkili Q.Paşayeva Ankara Pursaklarda  həmçinin fəal gənclər və qadın təşkilatları ilə də görüşüb, yerli KİV-lərə geniş müsahibələr verib və suallarını cavablandırıb. Millət vəkili Q. Paşayeva bələdiyyə başqanının müşayəti ilə bəzi şəhid ailələrini də ziyarət edir, başsağlığı diləyib, sizin şəhidiniz bizim də şəhidimizdir deyərək ailələrə səbr diləyib.  

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal