Modern.az

Yaponiyada helikopter qəzaya uğrayıb: 3 ölü

Yaponiyada helikopter qəzaya uğrayıb: 3 ölü

Aktual

5 Mart 2017, 22:59

Yaponiyanın Naqano prefekturasında çoxməqsədli “Bell 412” helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İnzibati İşlər və Kommunikasiya Nazirliyinin Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Ümumilikdə helikopterdə doqquz nəfərin olduğu bildirilir. Onlardan ikisi huşsuz vəziyyətdə tapılıb. Hava şəraiti imkan vermədiyinə görə axtarış işləri təxirə salınıb.

 

Hadisə Şiocori şəhərinin yaxınlığında, Haçibusi dağında yerli vaxtla saat 15:00 radələrində baş verib. Prefekturanın xilasetmə xidmətinə mənsub helikopterlə əlaqə alpinistlərin axtarışı ilə əlaqədar keçirilən təlim zamanı kəsilib.

 

Naqano prefekturasının qubernatorluğunda hadisə ilə bağlı xüsusi qərargah yaradılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU