“Heç kim bilmir ki, uşaqlar internet klublarda nəyə baxır. Elə ailələr var ki, kompüterdən anlayışı yoxdur, uşağa necə nəzarət edə bilər?”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Aqiyə Naxçıvanlı deyib.
Komitə sədri uşaqların bu fəaliyyəti ilə maraqlanmaq lazım olduğunu vurğulayıb.
“Uşaqların internet klublara getməsi nəzarət altında saxlanılmalıdır. Uşaq internet kluba gedir, pulunu ödəyir, istədiklərinə baxır. Bunun üçün maarifləndirmə işləri aparmaq lazımdır. Telekanllarda maarifləndirici verilişlər hazırlanmalıdır. Çünki bu zərərli işlər uşaqların sağlamlığına və inkişafına ziyan vurur”.
Mirmahmud KAZIMOĞLU