Modern.az

Komitə sədri telekanalları qınadı: “Bəzi verilişlərdəki “12+”, “18+” nə deməkdir?”

Komitə sədri telekanalları qınadı: “Bəzi verilişlərdəki “12+”, “18+” nə deməkdir?”

Aktual

6 Mart 2017, 11:43

“Bəzi verilişlər “12+”, “18+” işarələri ilə yayımlanır. Bunun mənasını isə valideynlər bilmir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Ağacan Abiyev deyib.

Ağacan Abiyev telekanallarda yayımlanan verilişlərlə bağlı narahatlığını ifadə edib:

“Proqramlar üzərində yaş kateqoriyası üzrə işarələnmə aparılmalıdır. Çünki bəzi valideynlər bu işarələnmənin mahiyyətini başa düşmürlər. Ona görə də telekanallar 5 manat artıq xərcləməli, onun izahı xüsusi titrlərlə qeyd edilməlidir”.

Komitənin üzvü Dilarə Cəbrayılova KİV-lərin uşaqlarla bağlı bəzi məlumatların yayılmasında çox diqqətli olmasını vacib sayıb:

“Son vaxtlar uşaqlar arasında intihar halları artıb. Lakin xəbər saytları durmadan intihar halları barədə məlumatlar verirlər. Bəzi informasiyalar isə uşaqlarda narkotikaya meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır”.



Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU