Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı 33 yaşlı Rusiya vətəndaşı saxlanılıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Yekaterina adlı qadının Ankarada saxlanıldığı bildirilir. Məlumata görə o, Türkiyə paytaxtında intima xidmətlərin təşkili işinə baxıb.
O uzun müddət səfirin qatili Mövlud Altıntaşla əlaqə saxlayıb və yazışıb.
Vüqar İSMAYILOV