Modern.az

Milli Məclis sabah 13 məsələyə baxacaq - SİYAHI

Milli Məclis sabah 13 məsələyə baxacaq - SİYAHI

6 Mart 2017, 12:51

“Milli Məclisin yaz sessiyasının növbəti iclası martın 7-də keçiriləcək”.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu Modern.az-a açıqlamasında  bildirib ki, parlamentin yaz sessiyasının növbəti iclasının gündəliyinə 13 məsələ daxil edilib.

Onun sözlərinə görə, iclasda Azərbaycan Respublikası Milli Məclisi komitəsinin üzvünün seçilməsi haqqında, A.S.Quliyevin, V.Ə.Xubanovun və A.Q.Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi haqqında məsələlərə baxılacaq, həmçinin insan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) illik məruzəsi dinləniləcək.

Həmçinin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Telekommunikasiya haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Reklam haqqında” və “Əmək pensiyaları haqqında”,  “Məktəbəqədər təhsil haqqında” qanunlara əlavə və dəyişiklərin edilməsi nəzərdə tutulub.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu