Modern.az

Qubada gizli dini yığıncaq təşkil edən 23 nəfər saxlanılıb

Qubada gizli dini yığıncaq təşkil edən 23 nəfər saxlanılıb

6 Mart 2017, 12:55

Martın 4-də Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan Tehran Əmiraslanovun "Dini etiqad azadlığı haqqında" Qanunun tələblərini pozaraq evində yığıncaq təşkil etməsi müəyyən edilib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, baxış zamanı evdən 54 ədəd dini kitab və 16 ədəd audiokaset aşkar edilərək götürülüb və Dini Qurumlarla İşi üzrə Dövlət Komitəsinə göndərilib.

T.Əmiraslanov və yığınacaqda iştirak edən 22 nəfər saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu