Modern.az

Bakıda nişanlısını öldürən oğlan axtarılır

Bakıda nişanlısını öldürən oğlan axtarılır

6 Mart 2017, 12:58

Martın 5-də saat 04 radələrində Xəzər rayonunun Binə qəsəbəsində İlahə Ağayevanın yaşadığı evə gəlmiş həmyerlisi, əvvəllər məhkum olunmuş Nəcəf Nəcibov (nişanlısı) münaqişə zəminində ona və bacısı Rəhiməyə bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, İ.Ağayeva hadisə yerində ölüb, Rəhimə isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu