Modern.az

Zərdüşt Əlizadə həmkarlarını üstələdi

Zərdüşt Əlizadə həmkarlarını üstələdi

Aktual

6 Mart 2017, 16:05

Siyasi proseslərin təhlili, siyasi davranışların şərhi, siyasi problemlərin proqnozları haqda düşünərkən öncə politoloqlar yada düşür. Yaşadığımız qarmaqarışıq dünyanın siyasi mənzərəsinin təsvirini bir də politoloqların dilindən eşitmək istəyirik.

Onlar öz arqumentləri, təhlil və şərhləri ilə nə qədər inam qazanıblar... 

Modern.az saytının növbəti sorğusu yekunlaşıb. “Hansı politoloqun proqnozlarına inanırsınız?” adlı sorğuya 10 siyasi şərhçinin adı daxil edilmişdi. Sorğuda 5 mindən çox respondent iştirak edib.


Zərdüşt Əlizadə
həmkarlarını qabaqlayaraq respondentlərdən daha çox səs alıb. O, 28,4 faiz səslə sorğunun 1-cisi olub.

Tofiq Zülfüqarov 2-ci (21,9 faiz), Elxan Şahinoğlu isə 3-cü (15,4 faiz) yeri tutub.


Sorğunun ümumi mənzərəsində yekun səs faizləri aşağıdakı kimidir:


Zərdüşt Əlizadə (28.4%)
Tofiq Zülfüqarov (21.9%)
Elxan Şahinoğlu (15.4%)
Rasim Musabəyov (15.0%)
Eldar Namazov (6.09%)
Elman Nəsirov (5.69%)
Qabil Hüseynli (2.84%)
Mübariz Əhmədoğlu (2.43%)
Fikrət Sadıqov (1.21%)
Rasim Ağayev (0.81%)

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU