Modern.az

“Bakı-Tbilisi-Qars” yolunun tikintisi iyunda başa çatacaq

“Bakı-Tbilisi-Qars” yolunun tikintisi iyunda başa çatacaq

Aktual

6 Mart 2017, 16:13

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi iyun ayında başa çatacaq. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan məlumat verib.

Nazir iki ay ərzində bütün işləri yekunlaşdırıb sınaqlara başlayacaqlarını qeyd edib:

“Bu layihə təkcə ölkəmiz üçün deyil, ölkəmiz üzərindən ticarət etmək istəyən bütün ölkələr üçün mühüm əhəmiyyətə malikdir”.

Ə.Arslan bildirib ki, Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstandan gələn yük Türkiyə üzərindən Avropaya daşınacaq:

“Eyni zamanda, Avropadan gələn yük Türkiyə üzərindən Asiyaya ötürüləcək”.


Həmçinin, nazir Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində zaman və xərc itkisinin azalacağını bildirib:

“Orta dəhlizin tamamlayıcısı olaraq Bakı-Tiflis-Qars bitdiyində Çindən gələn yük, dəmir yolu ilə 15 gündə Avropaya çatacaq. Nəticədə məsafə 3-3,5 km azalmış olacaq. həm vaxta qənaət həm xərcdən qənaət olacaq”.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU