Modern.az

Novruz bayramında Bakıda yarmarkalar açılacaq - ÜNVANLAR

Novruz bayramında Bakıda yarmarkalar açılacaq - ÜNVANLAR

6 Mart 2017, 16:28

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 16-19 mart 2017-cı il tarixlərində fasiləsiz olaraq 4 gün müddətində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

 

Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

 

Bakı şəhəri üzrə:

 

1. Xətai rayonu:

 

-Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı

 

2. Nərimanov rayonu:

 

-Keşlə bazarının ərazisi;

 

3. Səbail rayonu:

 

-Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

 

4. Suraxanı rayonu:

 

-Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı

 

5. Binəqədi rayonu :

 

-Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

 

-12-ci mikrorayon

-köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaqdır.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu