Modern.az

Məzahir Pənahovdan partiyalara XƏBƏRDARLIQ

Məzahir Pənahovdan partiyalara XƏBƏRDARLIQ

6 Mart 2017, 16:39

Məkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycandakı siyasi partiyalara çağırış edib.

Modern.az-ın məlumatına görə, M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir:

“Mərkəzi Seçki Komissiyasına hesabatlar daxil olur. Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu