Modern.az

8 mart öncəsi məktəblərdə pul yığılır? - Təhsil Nazirliyi: “Mövqeyimiz dəyişməyib”

8 mart öncəsi məktəblərdə pul yığılır? - Təhsil Nazirliyi: “Mövqeyimiz dəyişməyib”

Aktual

6 Mart 2017, 17:20

8 mart beynəlxalq qadınlar günü ərəfəsindəyik. Bəzi məlumatlara görə, yenə də orta məktəblərdə şagirdlərdən ənənəvi pul yığılması halları müşahidə olunur...

Bununla bağlı Təhsil Nazirliyinə şikayətlər olubmu?

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 8 mart öncəsi məktəblərdə pul yığılması ilə bağlı nazirliyin mövqeyi bəllidir və bu kimi hallar qəti yolverilməzdir.

“Bu məsələni şərh etmək istəmirik. Çünki hər il olduğu kimi, bu il də Təhsil Nazirliyinin pul yığılması ilə bağlı mövqeyi dəyişməyib. Əvvəlki xəbərdarlıqlar qüvvəsində qalır!”.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU