Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Bu barədə Modern.az-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Komissiya üzvü bildirib ki, iclasda əfvlə bağlı 100-dən artıq müraciətə baxılıb:
"Hələ müraciətlərə baxılır. Daha 2 iclas keçiriləcək, müraciətlərə baxıldıqdan sonra yekunlaşacaq".
Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.
Gülşən RAUFQIZI