Tatarıstanda hüquq-mühafizə orqanları keyfiyyətsiz spirtdən zəhərlənmələri ehtimal olan 3 nəfərin ölüm faktını araşdırırlar. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarının məlumatına görə, bu gün Kazanda şəxsi evlərin birində 3 kişinin meyiti tapılıb. Onlardan biri 1966-cı il təvəllüdlü ev sahibidir. Onların hər üçünün spirtli içkilərdən zəhərlənməsi ehtimal edilir.
Cəsədlərlə bağlı məhkəmə tibb ekspertizası təyin edilib. Polis tərəfindən araşdırma aparılır.
Modern.az