Modern.az

Gənc oğlanın nişanlısını qətlə yetirməsinin səbəbi - Video

Gənc oğlanın nişanlısını qətlə yetirməsinin səbəbi - Video

Aktual

6 Mart 2017, 22:59

Paytaxtda gənc oğlanın nişanlısını qətlə yetirməsinin səbəbi məlum olub. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, oğlan nişanlısının boğazından bıçaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Ağayeva İlahə Dəyanət qızı nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra N.Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, oğlan onun evinə gedərək boğaz nahiyəsinə bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İ.Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb.

Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. R.Ağayeva isə xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağırdır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU