Modern.az

Ət alışı ilə bağlı xəbərdarlıq

Ət alışı ilə bağlı xəbərdarlıq

Aktual

7 Mart 2017, 00:59

"Novruz bayramı ərəfəsində ətlərin keyfiyyətinə nəzarət daha da gücləndirilib". Modern.az xəbər verir ki, bunu  Axar.az-a ətlərin keyfiyyətinə olunan nəzarət barədə danışan Dövlət Baytarlıq Nəzarəti xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

 Onun sözlərinə görə bu sahədə ciddi nəzarət var: “Hər il təşkil olunmuş bayramqabağı yarmarkalara baytar mütəxəssisləri cəlb olunur. Həm bazarlarda, həm kəsim məntəqələrində faəliyyət göstərən sanitariya-ekspertiza laboratoriyaları həmin kəsimlərə və ətlərə tam nəzarəti həyata keçirir. Biz ətin qiymətinə yox, keyfiyyətinə cavabdehik. Qiymət isə ətin keyfiyyət göstəricisi deyil. Dövlət Baytarlıq qeydiyyatından keçmiş bazarlardan, mağazalardan, satış məmtəqələrində olan ətlərin keyfiyyətinə tam nəzarət olunur. Ona görə ətin bu yerlərdən alınması məsləhətdir. Üzərində möhür və arayış olmayan ətləri qətiyyən almaq olmaz. Küçədə, gizli və daha çox bina arxasında kəsilən heyvanların ətindən istifadə məsləhət görülmür. Çünki həmin ətlərinin keyfiyyətinə nəzarətin necə olduğu məlum deyil”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU