Modern.az

Aqrar siyasət komitəsinin iclası keçirilib

Aqrar siyasət komitəsinin iclası keçirilib

Aktual

7 Mart 2017, 11:43

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə “Meliorasiya və irriqasiya haqqında” qanun daxil edilib.

Müzakirəyə çıxarılan qanunun 12-ci maddəsində (Meliorasiya və irriqasiya sahəsinin dövlət tərəfindən idarə olunması) dəyişiklik təklif edilib.

 

Dəyişikliyə əsasən, “Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur” cümləsində “Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti” sözləri “müvafiq icra hakimiyyəti sözləri ilə əvəzlənir.

 

Layihə plenar iclasa tövsiyə olunub.

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU