Rusiya prezidenti Vladimir Putin dövlətə xəyanətdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilmiş Oksana Sevastidinin əfv olunması barədə sərəncam verib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sevastidi 2008-ci ildə Gürcüstanla müharibə zamanı rus qoşunlarının Abxaziyadakı hərəkət istiqaməti ilə bağlı göndərdiyi SMS-ə görə məhkum olunmuşdu.
Putin SMS-ə görə 7 il həbs cəzasının verilməsini çox amansız qərar adlandırmışdı.
Vüqar İSMAYILOV