Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə dövlət başçısı tərəfindən namizədliyi irəli sürülən üzvlər təsdiq edilib.
Modern.az saytının xəbərinə görə, bu vəzifəyə üç nəfər - Alim Səlim oğlu Quliyev, Vadim Ələddin oğlu Xubanov və Aftandil Qasım oğlu Babayevin namizədliyi irəli sürülmüşdü.
Qeyd edək ki, Elman Rüstəmov 2015-ci ilin aprelində 5 il müddətinə Mərkəzi Bankın sədri vəzifəsinə, Xəqani Abdullayev sədrin müavini vəzifəsinə təyin edilib. A.Quliyev və V.Xubanov 2012-cı ilin fevralında Milli Məclisinin qərarı ilə dördüncü dəfə, A.Babayev isə üçüncü dəfə Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçilib.
Aqşin KƏRİMOV