Modern.az

“Qəbul imtahanlarına görə ödənişlər bu ilə aiddir"

“Qəbul imtahanlarına görə ödənişlər bu ilə aiddir"

Aktual

7 Mart 2017, 15:05

"Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir".

 

Modern.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, Tarif Şurasında hər hansı dəyişikliklər olduğu halda bu qiymətlərə yenidən baxılması ilə bağlı qərar qəbul edilib:

 

"Yəni ya imtahanın daha da mürəkkəb olması qiymətin artırılmasına təsir göstərə bilər, ya da hansısa qiymətlər dəyişə bilər".

M.Abbaszadə qeyd edib ki, qiymətlərin tənzimlənməsi daimi prosesdir: "Tarif Şurası bunu izləyəcək".

Sədr onu da  bildirib ki, bəzi şəxslər qəbul imtahanından oyuncaq kimi istifadə etməyə çalışır:

 

 "Elə şəxslər var ki, hər il imtahana yazılır, amma iştirak etmir. Bəzən imtahana gəlirlər, bəzənsə gəlmirlər. İmtahana əyləncə kimi baxan, müəsuliyyətsiz yanaşan insanlar da var. Ümüd edirik ki, qəbul edilən qərarlar məsuliyyətsizliyi aradan götürəcək".

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU