Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
Modern.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
DQİDK-nın sədri Mübariz Qurbanlı müasir Azərbaycanda dövlət-din münasibətlərindən danışıb.
O, bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək göstərilən ölkələrdən biri olduğunu vurğulayıb.
Sonra dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.