Rusiyada qadın stamatoloji klinikada dünyasını dəyişib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə paytaxt Moskvada qeydə alınıb. Belə ki, 56 yaşlı qadın özəl stamatoloji klinikaya getdikdən bir sutka sonra dünyasını dəyişib. Müalicə zamanı pasientə keyidici də daxil olmaqla bir neçə iynə vurulub.
Lakin evə qayıtdıqdan sonra qadının səhhəti kəskin pisləşib. Xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Modern.az