Modern.az

Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib

Bakıda mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib

8 Mart 2017, 15:55

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 6-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Sabirabad şəhər sakini Nadir Kərimovun paytaxt ərazisində idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış keçirilib.

 

Orada müvafiq sənədləri olmayan, mənşəyi bilinməyən 335 kiloqram ət aşkar edilib.

 

Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu