Modern.az

Tikinti gedən yola girən mikroavtobus aşıb

Tikinti gedən yola girən mikroavtobus aşıb

8 Mart 2017, 21:14

Bu gün axşam saatlarında Ələt-Astara avtomobil yolunun inşaat işləri başa çatmadığı üçün nişan qoyularaq avtomaşınların hərəkətinin qadağan olunduğu hissəsinə daxil olan “FORD” markalı mikroavtobus aşıb. Modern.az virtualaz.org-a istinadən xəbər verir ki hadisə nəticəsində 10-KD-113 dövlət nömrə nişanlı “FORD”-un sərnişini-Abşeron rayonu, Mehdiabad qəsəbə sakini, 1986-ci ildə anadan olmuş Əliyev Elman Elburus oğlu baş nahiyəsindən və sürücü, 1987-ci ildə anadan olmuş Bakı şəhəri, Binəqədi rayon sakini Əhmədov Rasim Hacıağa oğlu çiyin və sol ayaq nahiyəsindən xəsarətlər alaraq Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Hazırda hər iki xəstəyə tibbi-yardım göstərilir. Faktla bağlı Dövlət Yol Polisində araşdırmalara başlanılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu