Modern.az

Bərdə sakini özünü yandırıb

Bərdə sakini özünü yandırıb

8 Mart 2017, 21:25

Bərdə rayonunda intihara cəhd hadisəsi baş verib. Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə rayon məhkəməsinin binası qarşısında olub. Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Həmidov Ramin Rəhim oğlu üzərinə benzin tökərək özünə od vurub.

Otuz iki yaşlı gənc təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Hadisəyə səbəb məhkəmənin həyat yoldaşından ayrılan R.Həmidov barəsində aliment ödənişi qərarının cıxarması olub. O, məhkəmənin qərarına etiraz edərək özünü yandırıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu