Modern.az

İlham Əliyevin Fransaya səfəri ərəfəsi erməni təşkilatları fəallaşır

İlham Əliyevin Fransaya səfəri ərəfəsi erməni təşkilatları fəallaşır

8 Mart 2017, 21:41

Martın 14-də Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başlanır. Modern.az virtualaz.org-a bildirir ki, bu barədə France İnternational Radio (FİR) xəbər yayıb. Məlumata görə, prezident İlham Əliyevin səfəri Azərbaycan və Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25-illiyinə həsr edilib. Gözlənilir ki, tərəflər Fransa paytaxtında, həmçinin Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı müzakirə aparacaqlar. Bu arada məlum olub ki, Fransanın erməni təşkilatları Azərbaycan liderinə qarşı təxribat hazırlayırlar.

Belə ki, Fransa erməni təşkilatlarının “Collectif Van” nəşri bu gün bütün fransızlara müraciət edərək onları prezident İlham Əliyevin səfərinə qarşı erməni diasporunun aksiyalarını dəstəkləməyə çağırıb. Erməni diasporunun nümayəndələri öz mitinqlərini 14 martda Parisdə, Lionda və Marseldə keçirməyi planlaşdırırlar.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu