İsveçrənin Sürix şəhərinin rəhbərliyi federal hökumətə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səfərini ləğv etmək xahişi ilə müraciət edib. Modern.az "France Presse"ə istinadən xəbər verir ki, Türkiyə XİN başçısının səfəri reallaşarsa, bir sıra aksiyalar gözlənilir.
"Biz tədbirlər görülməsi xahişi ilə Bernə məktub göndərmişik ki, bazar günü Sürixdə gözlənilən hadisə baş verməsin" – deyə departamentin nümayəndəsi agentliyə bildirib.
Türkiyə xarici işlər nazirinin həmçinin Niderlandın Rotterdam şəhərində martın 11-ə planlaşdırılmış çıxışı da baş tutmayacaq.
Şəhər meri Əhməd Əbutalib xəbər verir ki, konfrans mərkəzinin sahibləri Çavuşoğlunun iştirakı ilə tədbirin keçirilməsi üçün icazəni geri götürüb: "Əgər onlar bunu etməsəydilər, ola bilsin, mən özüm ictimai asayişə təhlükə səbəbindən aksiyanı şəxsən ləğv edərdim. Ümid edirik ki, beynəlxalq diplomatiya öz işini görəcək və Çavuşoğlu Niderlanda səfərindən ümumiyyətlə imtina edəcək".
Modern.az