Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı 3 nəfər dünyasını dəyişib. Onların hamısı Sumqayıt Dövlət Universitetinin tələbələridir.
Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
S.Əhmədova qeyd edib ki, hadisə zamanı yaralanan 5 nəfərin vəziyyəti ağırdır:
“Yaralılar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib”.
Hadisə nəticəsində ölənlərin Sumqayıt Dövlət Universitetinin tələbələri Aygün Məmmədova, İbrahim Quliyev, İbrahim Nəsibov olduğu bildirlir.
Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb.
***
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Modern.az-a verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Gülşən RUFQIZI