Modern.az

Bakı- Sumqayıt yolundakı qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb - RƏSMİ

Bakı- Sumqayıt yolundakı qəzada 5 nəfər ölüb, 21 nəfər yaralanıb - RƏSMİ

9 Mart 2017, 11:16

Bu gün səhər Bakı- Sumqayıt yolunda baş vermiş qəzada yaralanan 17 nəfər Sumqayıt xəstəxanasına, 4 nəfər isə Klinki Tibbi Mərkəzə yerləşdirlib.


Bu haqda Modern.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

S.Əhmədova bildirib ki, yaralılardan biri xəstəxanaya daxil olan kimi dünyasını dəyişib:

 

“Ümumilikdə 5 ölüm hadisəsi qeydə alınıb. İki nəfərin vəziyyəti ağır olaraq qalır. Sumqayıta yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib. 2 nəfər isə ambulator yardım göstərilib”.

Ölənlər Sumqayıt Dövlət Universitetinin tələbələridir.

Qurum rəsmisi qeyd edib ki, Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağır olaraq qalır:

 

“Hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssislərinin əməkdaşları xəstəxanalara gedib, yararlıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər”.


Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu