Modern.az

Əfv Komissiyası sabah daha 100 müraciətə baxacaq

Əfv Komissiyası sabah daha 100 müraciətə baxacaq

9 Mart 2017, 11:31

Martın 10-da Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə Modern.az-a komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

Komissiya üzvü bildirib ki, indiyə qədər keçirilən iclaslarda 800-dən artıq müraciətə baxılıb:

“Sabah da 100-ə yaxın müraciətə baxılması nəzərdə tutulub”.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu