Horadiz şəhərindəki Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbirdə Füzuli rayonunun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.
İH-dən Modern.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir.
Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.
Sonda qadınlara güllər təqdim olunub.
Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.