Modern.az

Artur Rasizadəyə 10 mindən çox şikayət gəlib

Artur Rasizadəyə 10 mindən çox şikayət gəlib

9 Mart 2017, 13:08

Nazirlər Kabinetinin Aparatına 2016-cı il ərzində vətəndaşlar tərəfindən 10898 ərizə, məktub və təklif daxil olub.

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin məlumatına görə, daxil olan müraciətlərin əsas mövzusunu mənzil, sosial təminat, əmək və əməkhaqqı, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadəsi, kənd təsərrüfatı, ekologiya və meşə təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və rabitə, elm, mədəniyyət, ticarət və pullu xidmətlər, abadlaşdırma, əhaliyə kommunal-məişət xidməti, inzibati orqanların işi, maliyyə, kredit ayrılması, qaçqınlarla bağlı, torpaq sahələrinin ayrılması, səhiyyə, humanitar yardım ayrılmas, özəlləşdirmə və digər məsələlər təşkil edib.

Həmin dövrdə Baş nazirinin müavinləri və Aparatın şöbə müdirləri tərəfindən müvafiq məsələlərlə bağlı 2538 vətəndaş qəbul edilib.



Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu