Modern.az

Təhsil Nazirliyinin rəsmiləri yaralı tələbələrə baş çəkdilər

Təhsil Nazirliyinin rəsmiləri yaralı tələbələrə baş çəkdilər

9 Mart 2017, 14:17

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Bakıdan Sumqayıt istiqamətində gedən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu Masazır dairəsindəki körpünün üstündə daş maşınına çırpılıb. Hadisə nəticəsində 5 tələbə ölüb, 21 nəfər yaralanıb. Faktla əlaqədar mikroavtobusun sürücüsü saxlanılıb, cinayət işi açılıb.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi də öz nümayəndələrini tələbələrin yatdığı xəstəxanaya göndərib.

 

Təhsil Nazirliyinin yaralılara baş çəkən əməkdaşının Modern.az-a verdiyi məlumata görə  3 yaralı tələbənin vəziyyəti normaldır

 

“Hal-hazırda Sumqayıt  yolunda baş vermiş avtoqəza nəticəsində müxtəlif dərəcədə xəsarət alan tələbələrə baş çəkmək üçün Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə Klinik Tibbi Mərkəzdəyik.  3 yaralı tələbəmiz burdadır. Müalicə olunurlar. Çox güman ki, 3-4 gündən sonra evlərinə buraxılarlar. Baş verən qəzada yaralanıb xəstəxanaya gətirilən tələbələr Sumqayıt Dövlət Universitetinin tələbələridir. Yaralıların valideynləri də burdadır. Burada müalicə alan hər üç tələbəmizə allahdan şəfa diləyirik”.

 

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu