Modern.az

Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır

Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır

Aktual

9 Mart 2017, 17:39

Hazırda Azərbaycanda 76 ölkədən 4971 əcnəbi tələbə təhsil alır.

Modern.az-ın məlumatına görə, bu barədə, Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilib.

Bu da ötən tədris ilinə nisbətən 14,4 faiz çoxdur. Hesabat dövründə ali təhsil müəsisələrinin beynəlxalq proqramlarda iştirakı və beynəlxalq əlaqələri daha da genişləndirilib.

Avropa İttifaqının “Ali təhsil sahəsində potensialın gücləndirilməsi” komponenti üzrə ölkəmizin universitetləri tərəfindən 30-dan artıq layihə təqdim edilib. İlkin mərhələdə 11 layihə seçilib.

Azərbaycan Respublikası ali təhsil müəsisələri ilə xarici ölkələrin ail təhsil müəsisələri arasında əməkdaşlıq haqqında sazişlər və memorandumlar imzalanıb.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu