Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən bir sıra meyvə və tərəvəz növlərinin idxalına tətbiq olunan qadağanın ləğv edilməsi ilə bağlı fərman imzalayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, baş nazir Medvedev bu barədə sərəncam imzalayıb. Daha sonra baş nazir Binəli Yıldırıma zəng edən Medvedev ikitərəfli münasibətlərin bərpa olunması məsələsini müzakirə edib.
Qeyd edək ki, 10 mart tarixində Rusiya-Türkiyə Yüksək səviyyəli əməkdaşlıq şurasının altıncı iclası keçiriləcək. İclas çərçivəsində ölkə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.
Modern.az