Modern.az

Andrey Karlovun qatili ilə bağlı yeni faktlar

Andrey Karlovun qatili ilə bağlı yeni faktlar

9 Mart 2017, 20:01

Rusiyanın Türkiyədə səfiri Andrey Karlovun qatili ilə bağlı yeni faktlar ortaya çıxıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qətli törədən Mövlud Altıntaş hadisədən əvvəl təkcə rusiyalı diplomat barədə məlumat toplamırmış. Mövlud Altıntaş eyni zamanda ABŞ-ın bu ölkədəki səfiri Con Bass barədə də məlumatlar toplayır, araşdırırmış.

Onun ABŞ səfirinə də sui-qəsd planlaşdırması ehtimal olunub. Belə ki, rusiyalı səfirin qətlini araşdıran təhlükəsizlik əməkdaşları M.Altıntaşın kompüterində səfir Con Bass barədə də məlumatlar aşkar edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu