Modern.az

Modern.az işə qarışdı - Vaqonda yaşayan yoxsul ailəyə mənzil verildi - FOTOLAR

Modern.az işə qarışdı - Vaqonda yaşayan yoxsul ailəyə mənzil verildi - FOTOLAR

Aktual

10 Mart 2017, 13:25

Bir neçə gün əvvəl vətəndaş Rasim İsmayılovun Suraxanı rayonu, “Mədən” ərazisində, ağır şəraitdə yaşadığı barədə xəbər vermişdik. Məlumat üçün bildirək ki, 1966-cı il təvəllüdlü R.İsmayılov Bakıda uşaq evində böyüyüb. Bilgəhdə yerləşən 11 və Sarayda yerləşən 7 nömrəli internat məktəbində təhsil alıb. Hazırda 3-cü qrup əlil olan R.İsmayılov 18 illik həyat yoldaşından ayrılıb.
 2 oğlu, 1 qızı ilə birlikdə Suraxanı rayonu ərazisindəki “Mədən” adlanan ərazidə vaqonda yaşamaq məcburiyyətində qalmışdı.

 

Qeyd edək ki, 3-cü qrup əlil Rasim İsmayılov Modern.az saytı vasitəsilə ölkə rəhbərliyinə, müvafiq orqanlara müraciət etmiş, ondan kömək istəmişdi.

Modern.az-a daxil olan məlumata görə, aidiyyatı qurumlar vətəndaşın ağır həyat şəraitini nəzərə alaraq, artıq onu evlə təmin ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov Modern.az-a açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, adı çəkilən vətəndaş artıq evlə təmin edilib. Hazırda mənzil təmir olunur. Təmir başa çatdıqdan sonra ailə öz mənzilinə köçəcək”.

 

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu