Modern.az

ADU  “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU  “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

Aktual

10 Mart 2017, 16:10

Martın 10-daAzərbaycan DillərUniversitetində (ADU) Azərbaycan Respublikası Gənclərvəİdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər TəşkilatlarıMilli Şurası tərəfindənhəyata keçirilən “Gənc Elçilər”proqramıçərçivəsində ilk tədbirkeçirilib.

 

Universitetin Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinin iştirak etdiyi təqdimat mərasimində  Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə və sədr müavini Aysun ZeynalovaGənclər Təşkilatları Milli Şurası, onun missiyası, məqsədi və strategiyası haqqında məlumat veriblər.

 

Onlar “Gənc Elçilər”proqramının əsas məqsədinin Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək gənc elçilərin yetişdirilməsi və gənclərinbeynəlxalq əməkdaşlığının dəstəklənməsi olduğunu qeyd ediblər.Proqramın faydaları və meyarlarından danışan təlimçilər iştirak etmək istəyən tələbələrə seçim formasının müsahibə və müsabiqədən ibarət olduğunu bildiriblər.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu