Modern.az

Tovuzda ağır qəza: 1 ölü

Tovuzda ağır qəza: 1 ölü

Aktual

10 Mart 2017, 22:32

Tovuzda ağır yol qəzası baş verib. Modern.az "ARB Kəpəz"ə istinadən xəbər verir ki, Qovlar-Quşçu avtomobil yolunda "BMW" markalı avtomobillə "VAZ -2106" toqquşub. Nəticədə avtomobillərdən binin sərnişini, rayonun Qovlar şəhər sakini 26 yaşlı Samir Nuriyev dünyasını dəyişib. Sumqayıt şəhər sakini 26 yaşlı Ceyhun Əbdürrəhmanov və daha bir nəfər müxtəlif bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Baş vermiş qəza ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu