Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası Yəmənə növbəti dəfə hava zərbələri endirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hava zərbələri nəticəsində ən azı 16 dinc sakin həlak olub. Hadisə zamanı daha 10 dinc sakin yaralanıb.
Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Modern.az