Modern.az

Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alındı

Azərbaycana pirotexniki vasitələrin gətirilməsinin qarşısı alındı

Aktual

11 Mart 2017, 13:12

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan istiqamətindən idarənin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Vaz-21063" markalı minik avtomobilinə gömrük baxışı keçirilib. 

Bu haqda Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Yoxlama zamanı avtomobilin sağ və sol arxa qanadlarının altından, motor hissəsindən və nəqliyyat vasitəsinin altında düzəldilmiş gizli saxlanc yerindən 34 qutu pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu