Modern.az

Ərdoğandan HƏDƏ: “Sənin təyyarələrin görək, Türkiyəyə necə gələcək?”

Ərdoğandan HƏDƏ: “Sənin təyyarələrin görək, Türkiyəyə necə gələcək?”

Aktual

11 Mart 2017, 16:07

Sən istədiyin qədər nazirimizin təyyarəsinə icazə vermə, görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək.

Trend Anadolu agentliyinə istinadən xəbə verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qatıldığı açılış mərasimində Niderlandın son qərarı ilə bağlı deyib.

Qeyd edək ki, bir qədər əvvəl Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.

Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: " İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".

Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

 

Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu