Modern.az

Çavuşoğlu Niderlanda buraxılmadı

Çavuşoğlu Niderlanda buraxılmadı

Aktual

11 Mart 2017, 17:26

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.

“Euronews” xəbər verir ki, Hollandiya hakimiyyəti sanksiyalar təhlükəsinə baxmayaraq, onun təyyarəsinə öz ərazisində enməyə icazə verməyib və mitinqi ləğv edib.

Qeyd edək ki, bir qədər əvvəl Çavuşoğlu bildirib ki, Hollandiya onun ölkəyə səfərinə icazə verməsə, belə bir addım onlar üçün ciddi nəticələrə gətirəcək.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu