Modern.az

“Uber”-in sürücüsüz avtomobil çıxarması qadağan edilə bilər

“Uber”-in sürücüsüz avtomobil çıxarması qadağan edilə bilər

Aktual

11 Mart 2017, 20:28

“Google” şirkətinin sayəsində “Uber”in sürücüsüz avtomobil çıxarması qadağan edilə bilər. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, “Google” şirkətinin məhkəməyə  təqdim etdiyi yeni sübutlar nəticəsində “Uber”-in sürücüsüz avtomobil istehsalı qadağan edilə bilər.  Belə ki, ilk  əvvəl “Google”un məsələylə bağlı  qeyri-kafi dəlillər təqdim etdiyi haqqında məlumatlar yayılsa da, artıq  adı çəkilən şirkətin yeni dəlillər təqdim etdiyi bildirilir.  Şirkətin təqdim edilən dəlillərdə "Google" Təhlükəsizlik Xidməti  əməkdaşı olan Gary Brownun andlı ifadəsi və “Uber”in "Google"dən oğurladığı bəzi materialları avtonom vasitələrində istifadəsi ilə bağlı faktların olduğu bildirilir.

Qeyd edək ki, məhkəmə “ Google”un təqdim etdiyi  dəlilləri təsdiq edəcəyi təqdirdə  “Uber”-in avtonom vasitə istehsalına  ciddi qadağalar qoyulması gözlənilir.

 

Aida İSAQ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu