Bakıda mənzildə 70 yaşlı kişinin cəsədi tapılıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1947-ci il təvəllüdlü Zaxarçevko Vladimir Yakovleviçin cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 17:51-də başa çatıb.
Modern.az