Modern.az

Şiə zəvvarlarına qarşı qanlı terror: 45 ölü, 120 yaralı

Şiə zəvvarlarına qarşı qanlı terror: 45 ölü, 120 yaralı

Aktual

11 Mart 2017, 21:44

Suriya paytaxtı Dəməşqdə baş verən terror aktında ölənlərin sayı 45-ə çatıb.

 

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, terrorçu-kamikadze şəhərin Bab əl-Saqxir rayonunda yerləşən qəbirstanlıqda dəfn olunmuş Kərbəla şəhidlərini ziyarətə gələn iraqlı şiə zəvvarlarının arasına girərək özlərini partladıblar. Hadisə zamanı 120 zəvvarın da ağır yaralandığı bildirilir.

 

 

Hadisəyə görə, İŞİD qruplaşması ilə bağlı ekstremistlər məsuliyyəti öz üzərinə götürüb. İraq hökuməti baş verən terror hadisəsi ilə bağlı BMT-yə müraciət edib.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu