İraq ordusu İŞİD-dən azad etdiyi Baduş həbsxanasında qruplaşma tərəfindən edam olunmuş 600-dən artıq insanın cəsədini aşkar edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbsxana ərazisi 2014-cü ilin iyununda qruplaşma tərəfindən tutulmuşdu.
Həmin vaxt onun ərazisində yezdi azlığına mənsub yüzlərlə qadın və uşaq saxlanılırdı.
Hazırda aşkar olunan insan qalıqlarının mənsubiyyətini aydımlaşdırmaq üçün ekspertizanın keçirilməsi planlaşdırılır.
Vüqar İSMAYILOV